IT Team tərəfindən göndərildi | Oktyabr 29, 2010

Tarixi və Mədəniyyət Abidələri

Zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycan torpağının diqqəti cəlb edən bölgələrindən biri də Zəngilan bölgəsidir.

Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məiŞət qabları sübut edir. Rayonun ərazisində 60-70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuŞdur) və е. ə. IV – II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.

Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən Qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-Şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. Bu bölgə hələ uzaq keçmişdən özünün sıx meşələri, münbit vadiləri, yaşıl otlaqları, gur sulu çayları ilə diqqəti cəlb etmişdir. Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, о cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir.

60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkiliŞi zamanı xeyli küp qəbirlər aŞkar edilmiŞdir. Bu küp qəbirlərdən tapılmıŞ müxtəlif əŞyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. KiŞilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daŞı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əŞyaların bir qismi qorunub saxlanılmıŞdır.

1962-ci ildə orada tapılan və saxsı qabda olan əŞyalardan bir neçəsi bunların qiymətini anlayanlar tərəfindən Bakı Şəhərinə gətirilib lazımi ünvanlara çatdırılmıŞdır. Bunları əldə edən filologiya elmləri namizədi A. Həsənov rayona gəlir, həmin yerdə olub əŞyaların və sikkələrin xeyli hissəsini əldə edir. Tədqiqatlar və araŞdırmalar nəticəsində müəyyən edilir ki, bu sikkələr eramızdan əvvəl IV-II əsrlərə aiddir. Məlum olur ki, bu sikkələr bürünc ellin (yunan) pullarıdır. Rayonun “şəhid Məhəmməd” adlı yerində tapılan sikkələr də bunu təsdiq edir. Bu sikkələr tədqiq edilib oxunduqdan sonra müəyyən edilmiŞdir ki, bunların üz tərəfində hökmdarın baŞının Şəkli həkk olunub. Arxa tərəfdə isə qədim Yunan allahlarından Zevs, Poseydon və Dionisin bütöv Şəkli verilib. şəkillərdə yan tərəflərdə yunanca Bazilevs (hökmdar) sözü yazılıb. Sonra isə hökmdarın adı ona verilən təŞbehlər-epitellər həkk olunmuŞdur. Bu dövrdə ellin padŞahlarını ilahiləŞdirmək üçün onların adlarına təŞbehlər artırırdılar.

Bütün bunlar və hələ buna bənzər və tədqiq olunmamıŞ onlarla tarixi tapıntılar bu ərazinin qədim tarixə malik olduğunu bir daha sübut edir.

Bu bölgədə tarixin müxtəlif səhifələrini əks etdirən misilsiz memarlıq abidələri vardır. Zəngilan rayonu öz coğrafi movqeyinə, tarixi qədimliyinə görə heyrətamiz abidələr məskənidir.

Zəngilan Şəhərindən 8 km aralı, Əsgülüm dağında 30 m hündürlüyündə, 150 metr enində “Qala” hörgü divarları 3-5 əsr bundan əvvəl tikilmiŞ, müdafiə əhəmiyyəti kəsb edən tarixi abidələrdən biridir. Həmin “Qala”dan 2000 metr aralıda olan və içərisində 100-150 nəfər gizlənə bilən “Kuful” deyilən daŞ yanğı uzaq tarixi keçmiŞimizdən yadigardır. Bu “Kufül”un hündürlüyü 15 metrdən çoxdur. ŞŞğaldan qabaq həmin tarixi sahələr gənclərin ekskursiya yerinə çevrilmiŞdi. Rayonun Məmmədbəyli və Babaylı kəndlərində olan türbələr, şərifan kəndində olan qədim abidələr; naməlum tarixə malik batmıŞ yeraltı qədim şəhri-şərifan Şəhəri tariximizin açılmamıŞ sirr yaddaŞıdır.

Bunların içərisində tarixi səciyyə daŞıyan aŞağıdakı abidələri qeyd etmək olar:

1. XII – əsr – Qız qalası Əmirxanlı kəndi

2. XII – əsr Sərdabə şərifan kəndi

3. XlV – əsr- Sərdabə Yenikənd kəndi

4. XlV – əsr – SəkkizguŞəli türbə Məmmədbəyli kəndi, Dairəvi qüllə Hacallı kəndi

 

 

5. şərifan kəndində arxeoloji qazıntı nəticəsində XI əsrə aid olan qədim hamam kompleksi.

6. Məmmədbəyli, Babaylı, Ağalı, Yenikənd və MalatkeŞin kəndlərinin ərazisində yerləŞən, XIV-XV əsrlərə aid olan türbələr.

7. Zəngilan kənd, MalatkeŞin və Qıraq MüŞlan kəndlərində yerləŞən, XVII – XVIII əsrə aid olan məscidlər.

8. Bartaz kəndində və Kezikli kəndində yerləŞən VI-VII əsrə aid olan “şükürataz” və “Əsgülüm” qalaları.

9. XIII – XIV əsrə aid olan Bartaz kəndinin ərazisində yerləŞən “Xanazur”, MalatkeŞin kəndinin ərazisində yerləŞən “Dağdağan” və Gəyəli kəndinin ərazisində yerləŞən pirlər.

10. VII – VIII əsrlərə aid olan, rayonun “Yazıdüzü” ərazisində yerləŞən, at dırnaqlarının dərin izi düŞmüŞ, diametri 1 m 85 m olan “Koroğlu daŞı” deyilən daŞ.

11. Zəngilan şəhər ərazisində XVIII əsrə aid 1 məscid, Tağlı qalası, Pirçivan dəvə piri, mövcud olmuŞ, rayonun min illik tarixini əks etdirən zəngin arxeoloji tapıntılarla təchiz olunmuŞ Dövlət Muzeyi.

12. Gilətağ ərazisində XVI – XVII əsrə aid olan Sarı aŞıqla bağlı olan GünəŞ abidə piri.

13. Rəzdərə ərazisində VII əsrə aid Alban türbə kompleksi. IX əsrə aid Rəzdərə kənd Məscidi, XII əsrə aid Тор kəndində Тор körpüsü.

14. Vejnəli ərazisində IX – XI əsrə aid Sürtüm piri, Yol piri, Qız qalası mövcud olmuŞ, Böyük ehtiyatda qızıl yatağı.

 

Rayonda bundan baŞqa Bartaz, Sobu, Baharlı, Qıraq MüŞlan, MalatkeŞin, şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi.

Yeməzli kəndi yaxınlığında sovxoz idarəsindən 5-10 m aralı möhtəŞəm bir Alban kilsəsi var idi.

Ağ oyuq deyilən yerdə DaŞ heykəlləri muzeyi adlanan yer var idi. Burada müxtəlif dövrlərə aid daŞ abidələr vardır.

Zəngilan rayonunun ərazisində xeyli ocaqlar, pirlər, ziyarətgahlar var. Şndiki Zəngilan Şəhərinin əvvəlki adı Pirçivan idi. Bu adın özü elə bu ərazinin Pirlər diyarı olduğunu göstərir. Rayonun müxtəlif yerlərində yaŞayan seyidlərin evləri əhalinin iman gətirdiyi, ziyarət etdiyi ocaqlar idi. Bunlar – Zəngilan Şəhərində Mirəli ağa, Muğanlı və Genlik kəndlərində Seyid Həsən ağa, Qıraq MüŞlan kəndində Seyid Hüseyn ağa, Məlikli kəndində Zeynalabdin ağa, Sobu kəndində Seyid Qurban ağa (ilan ocağı), Seyid Mahmud ağa, şamlı kəndində Seyid Mahmud və Seyid Həbib qardaŞlarının və s. ocaqları idilər. Rayon ərazisində Zəngilan Şəhəri ilə üzbəüz, Oxçuçayın sol sahilində qayalıqda bir pir, ocaq var idi. Buradan Zəngilan Şəhərinin gözəl panoramı görünürdü.

Bakı-Mehri yolunun sağında, Bartaz kəndi yaxınlığında qədim qəbiristanlıq və ziyarətgah var idi. Xanazur adlanan bu yer tarixi abidə kimi yerli

əhali tərəfindən qorunurdu. Zəngilanda bu cür ocaqlar, pirlər insanların ümid və dilək yerləri idi.

 


Kateqoriyalar