IT Team tərəfindən göndərildi | Oktyabr 29, 2010

Mənim Zəngilanım Mənim Azərbaycanım !

“Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir. ”
Ümummilli lider, Heydər Əliyev

Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur. Rayonun sahəsi 707 kv. km., əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhəridir.

Ümumi Məlumat – Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və Iranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və Şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləŞir.

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmıŞdır. Rusiyanın iŞğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, Şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı iŞğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində iuŞa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur.

1929-cu ildə ZSFSR-nın qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meŞə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağıŞlandı.

Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaŞır və dəqiq müəyyən olunmuŞ ərazisi olur. Ərazisi – 0,71 min kv/km, əhalisi 39,8 min (01.01.2010) nəfərdir.

1967-ci ildə Zəngilana Şəhər statusu verildi. Zəngilan rayonunda bir Şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuŞdur. Kəndləri bunlardır: BeŞdəli, Genlik, Keçikli, MalatkeŞin, SarıqıŞlaq, Birinci Ağalı, Ikinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, Ikinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, iəfibəyli, MəŞədi Ismayıllı, iərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli Canbar, Ağkənd, Dərəli, Gün-qıŞlaq, Qazançı, Pirveys, Yuxarı Çöpdərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, iamlı, Vənədli, Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq MüŞlan, Məlikli, Muğanlı, Xurama, Muğanlı, iərifan, Isgəndərbəyli, AğakiŞilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, KolluqıŞlaq, iatarız, iayıflı, AŞağı Gəyəli, Qaragöl, Içəri MüŞlan, Tağlı, Yusiflər, AŞağı Yeməzli, Orta Yeməzli, Quyudərə XəŞtab, Sarılı XəŞtab, Zərnəli, Havalı, Nəcəflər.

Əsrin əvvəllərində rayon mərkəzinin yerləŞdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaŞayıŞ evlərindən ibarət idi. Zəngilan Şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, ÇeŞməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmıŞdı. Bu Şəhərin özünün bir çox məhəllələri vardır. ÇeŞməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, iaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, “RayŞelk” (ipək idarəsi olan yer) və s. məhəllələri vardır. Rayonun bir tarixi qurum kimi iqtisadi

inkiŞafı sovet hakimiyyəti illərində geniŞ vüsət almıŞdır. Eyni zamanda məhz bu dövrdə rayona daha çox mənəvi zərbə vurulmuŞdur.

IŞğala qədər rayon əsasən tütünçülük və üzümçülüklə məŞğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkiŞaf etmiŞdir.

Zəngilan rayonundan 13 nəfər sovet imperiyasının ən yüksək dövlət mükafatına – Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüŞdü. Bu hadisə bütün dünyaya səs salmıŞdı. Buna görə bölgə “Qızıl Zəngilan” adı ilə tarixə düŞmüŞdü.

Rayonun ərazisindən Bakı-Yerevan dəmir yolu (Mincivandan Qafana yol ayrılır), ImiŞli-Laçın və Bakı-iərur magistral Şose yolları keçirdi. Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 385 km.dir.

Özünün bir qurum kimi mövcud olduğu 63 ildə (iŞğala qədər) bu bölgə hansı müsibətlərə düçar olmadı?! Özünün 63 illik son tarixində bu bölgə elə ilk illərdən zorla yaradılan kollektivləŞmə, 37-ci il həbsləri, 1941-45-ci illər müharibəsini də yaŞadı. Rayon əhalisinin bir qisminin qohum-əqrəbası Arazın о tayında qalmıŞ, əlaqələri kəsilmiŞdi. QardaŞ qardaŞdan, ana balasından ayrı düŞmüŞdü.

Zəngilanın sözünü deyən adamların 1930-cu illərdə bir qisminin sürgün olunması (Sibir, Orta Asiya, Qazaxıstan), bir qisminin isə qəddarlıqla güllələnib xəndəyə salınması, ölməyənlərin günlərlə inilti səsləri (Kənd Zəngilan: о vaxt rayon mərkəzi burada yerləŞirdi) gəlirdi. Sürgün dövrü qurtardıqdan sonra da geri qayıdan adamları öz doğma yurdlarına buraxmırdılar.

Öz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin dekabnnda baŞ verən iayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaŞadı.

1993-cü ilin oktyabr ayında Ermənistan qoŞunları tərəfindən iŞğal olunanadək əhalisi 32.6 min nəfər (01.01.1989) olmuŞdur. IŞğaldan qabaq rayonda 10453 yaŞayıŞ evi, 28200 yardımçı bina, 195 inzibati bina, 870 təsərrüfatların yardımçı binaları, 128 mədəniyyət müəssisəsi, 123 təhsil müəssisəsi, texniki peŞə məktəbi, 64 səhiyyə müəssisəsi, Qotursu sağlamlıq zonası, 80 rabitə müəssisəsi, 7 səyyar avtoklub, 21 kino qurğu, 2 diyarŞünaslıq muzeyi, 142 ticarət obyekti, 49 ictimai-iaŞə obyekti, 2 iərab zavodu, Konserv zavodu, Toxuculuq sexi, Kərpic zavodu, ÇörəkbiŞirmə zavodu, Çınqıl zavodu, 2 Asfalt zavodu, Yazı düzü Su nasos stansiyası kompleksi, 3 Su nasos stansiyası, 8 Dəmir yol vağzalı, Mincivan Depo, QuŞçuluq fabriki, Mal-qara kökəltmə kompleksi, 3400 hektar üzüm bağları, 6 süni su tutarları olmuŞdur.

Rayon mərkəzində yerləŞən Muzeydə yüzlərlə eksponat var idi. Onlar xalqımızın uzaq keçmiŞindən bu günümüzə qədər olan həyat tərzini, məiŞət və mədəniyyətini əks etdirirdi.

Füzuli və Cəbrayıl rayonları iŞğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə Şəraitində ermənilərlə vuraŞmuŞdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək yuruŞaraq 235 nəfər Şəhid və itkin verərək Araz çayını

keçmiŞ, Iran Islam Respublikasının ərazisi ilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaŞmıŞlar.

 


Kateqoriyalar