IT Team tərəfindən göndərildi | Oktyabr 29, 2010

Coğrafi mövqeyi

Zəngilan rayonu coğrafı mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. ġimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. ġimal-Şərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən (Geyan) çölünə keçir.

Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin Şərq kənarı Bartaz dağı (2270 m) yerləŞir. Burada yura, tabaşir və neogen çöküntüləri yayılmışdır. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti iqlim hakimdir. Həkəri, Oxçu, Bəsit çayları rayonun cənub sərhədindən axan Araz hövzəsinə aiddir. Düzən və dağətəyi sahədə dağ-Şabalıdı, dağ boz-qəhvəyi, dağlıq sahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəmən torpaqları yayılmışdır.

Bitki örtüyündə çöl formasiyası geniş yer tutıır. Quru çöl, dağ kserofıl bitkiləri, kolluqlar, dağlıq hissədə enliyarpaqlı meŞələr (palıd, vələs və s.) geniş yayılmıŞdır.

Ərazidə 2 iqlim tsikli hakimdir. Araz boyu ərazidə qıŞı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim vardır. Orta temperatur yanvarda 1S0 , iyulda isə +25S0 olur. Yağıntının illik miqdarı 400-500 mm.dir.

Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafızə olunan Araz palıdı meŞəsi, 12864 hektar dövlət meŞə fondu, 1200-dək büllur sulu təbii bulaqlar, 4 mənbədən ibarət olan, tərkibi “Yessentukl-4” suyuna uyğun gələn “Qotursu” mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində turŞsu mineral bulağı vardı.

Araz çayı – ərazinin ən iri çayıdır – Respublikanın ikinci əsas su mənbəyi sayılan Araz çayı öz baŞlanğıcını Türkiyədən götürür. Uzımluğu 1072 km (daxildə 77 km), su toplayıcı sahəsi 102000 km2 (daxildə 15700 km2). Çay suyundan suvarmada istifadə olunur, Arazboyu Tuqay meŞələrinin də suvarılmasını təmin edir. Ermənistan ərazisində yaranan çirkab suları mütəmadi olaraq 2,1 min kub/gün təmizlənilmədən birbaŞa Araz çayına axıdılır. Arazın çirkləndirilməsi Naxçıvan və Zəngilan rayonu ərazisi ilə Ermənistandan Araza axan qollar vasitəsilədir.

Araz çayının sol qolu olan Oxçuçay öz mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq dağı) götürməklə uzunluğu 82 km.dir. Çayın su toplayıcı hövzəsi 1140 kv/km olmaqla en kəsiyindən saniyədə 5,9 kub/m (ən az sulu illərdə), 10 kub/m (orta sulu illərdə) və 14,6 kub/m (ən çox sulu illərdə) su axır.

Bəsitçay – Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistandan götürür. Çayın uzunluğu 44 km (17 km.i Azərbaycan ərazisinə düŞür) su toplayıcı

hövzəsi isə 354 kv/km.dir (156 kv/km.i Azərbaycan ərazisinə düŞür). Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları ilə çirkləndirilir. Zəngilan rayonunda dövlət meŞə fondu və digər ərazilərdə 10 min hektar Araz palıdı (guerocus araks) meŞələri dövlət tərəfindən xüsusi olaraq qorunurdu.

Zəngilan rayonu təbii iqlim Şəraitinə və münbit torpağına görə zəngin meŞə və hər növ bitki örtüyü ilə xarakterikdir. Ərazinin daha çox hissəsini əhatə edən Araz palıdı fıstıqkimilər fəsiləsindəndir. Nadir növdür, rayonun Bartaz, Gəyəli, Ördəkli, ġayıflı, Yeməzli, Keçikli, Rəzdərə və baŞqa kəndlərinin ətrafinda geniŞ yayılmıŞdır. AŞağı dağlıq qurŞaqda dəniz səviyyəsindən 1000-1300 metr yüksəklikdə bitir. Kserofıt seyrək meŞə əmələ gətirir və Zəngilan rayonunda xüsusi qiymətli meŞə kimi qorunurdu.

Rayonda geniŞ yayılan bitkilərdən biri də Şərq çinarıdır (platanus orientalis). ġərq çinarı ehtiyatı azalmaqda olan relikt növdür. Zəngilan rayonunıın Bəsitçay və Oxçuçay vadilərində təbii halda bitir, digər sahələrdə də geniŞ yayılmıŞdır, çay sahillərində dəniz səviyyəsindən 1000 metr yüksəkliyə kimi dərələr boyunca qrunt sularının kifayət qədər rütubətləndirdiyi sahələrdə bitir. Bəsitçay Dövlət təbiət qoruğunda mühafizə olunurdu.

Quraq yamaclarda çay vadilərində bitən, ərazidə geniŞ yayılmıŞ bitkidir. Zəngilan rayonunun Bartaz, Ördəkli, Vejnoli, BeŞdəli, Genlik, Yeməzli kəndlərində daha çox yayılmıŞdır.

Bununla belə rayondakı meŞələrdə adi meŞə gilası, vələs, meŞə üzümü, Qarabağ dağ laləsi, sağsağan gülxətmisi geniŞ yayılmıŞdır.

Zəngilan rayonunda Hacallı kənd inzibati ərazi dairəsinin Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaŞı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaŞı 120 il olan 1 ədəd Şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaŞı 300 il olan 1 ədəd Şərq çinarı, Ördəkli kənd Sovetində, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaŞı 160 il olan 1 ədəd palıd ağacı təbiətin nadir varlığı kimi qorunurdu.

Zəngilan rayonunda Vejnəli qızıl yatağı, ehtiyatları 6618 min kub/m olan və üzlük daŞı istehsalına yararlı Oxçuçay mərmərləŞmiŞ əhəngdaŞı yatağı, təsdiq edilmiŞ ehtiyatları 129 mln. ton olan soda və “əhəng südü” istehsalına yararlı Zəngilan (DaŞbaŞı-Əsgurum) əhəngdaŞı yatağı; qırmadaŞ və əhəng istehsalına yararlı Zəngilan əhəngdaŞı (ehtiyatları 6024 min ton), Bartaz-I və Bartaz-II porfırit (ümumi ehtiyatları 28943 min kub/m) yataqları, kərpic-kirəmit istehsalına yararlı Zəngilan gil (ehtiyatları 1102 min kub/m), ehtiyatları 17367 min kub/m olan Zəngilan qum-çınqıl qarıŞığı yatağı iŞğal altında qalıb.

Avropada birinci, dünyada ikinci təbii çinar meŞəliyi məhz Zəngilan rayonuna nəsib olmuŞdur və mühafizə olunması məqsədilə Kiçik Qafqazın cənub-qərb hissəsində Bəsitçay vadisində Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmıŞdır.

Qoruğun ərazisi ilkin mərhələdə 117 hektar təsdiq olunmuŞdu. Lakin sonralar, 1980-ci ildə heç bir əsaslı səbəb olmadan qoruq ərazisi 10 hektar azaldılmıŞ, 107 hektara endirilmiŞdir. Qoruğa məxsus olan 107 hektardan 100 hektarını meŞə, 7 hektarını isə qumluqlar, daŞ yığınları təŞkil edir. Hazırda Bəsitçay Dövlət Təbiət qoruğu ərazisinə görə respublikamızın qoruqlarının ən kiçiyidir. Bəsitçay Dövlət Təbiət qoruğunun uzunluğu 15 kilometrə, eni isə bəzi yerlərdə 150-200 metrə çatır. Qoruq Ermənistanın Qafan və Azərbaycanın Zəngilan rayonunun dövlət meŞə fondu torpaqları ilə həmsərhəd idi. Qoruq dəniz səviyyəsindən 600-800 metr hündürlükdə, əsasən dağlıq ərazidə yerləŞir.

Bəsitçay qoruğunun və onun ətraf sahələrinin hidroqrafiyası əsasən Bəsitçaydan, onun Sobuçay, Topçay, ġıxavuzçay qollarından ibarətdir. Bəsitçayın uzunluğu 44 km, hövzəsinin sahəsi 354 kv/km.dir. Dəniz səviyyəsindən 2600 m hündür olan Zəngəzur dağ silsiləsindən baŞlayıb Araz çayına tökülür. Qar, yağıŞ, qismən də yeraltı sulardan qidalanır. Ġllik axınının çox hissəsi yazda və payızda müŞahidə edilir.

Bəsitçay Dövlət Təbiət qoruğunun sahəsinin 93,5%-ni çinar meŞələri tutur. Onlar Bəsitçay və onun qolu ġıxavuzçayın dərəsində yerləŞir. Burada həm təmiz, həm də qarıŞıq çinar meŞəliyi yayılmıŞdır. Qoruqdakı çinar ağaclarının orta yaŞı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə bir metrdir. Burada yaŞı 1200-1500 ilə, hündürlüyü 50 metrə, diametri 4 metrə çatan çinar nümunələri də vardır.

Qoruq ərazisinin ətrafındakı meŞələr gürcü palıdı, Qafqaz vələsi, adi göyrüŞ, söyüd, ardıc, dağdağan, saqqız və s. ağaclardan ibarət mezofıt və arid meŞələr çinarlığın müxtəlif tərəflərində, sərhədindədir. Bu çinar meŞələrinin əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara qədim meŞələrin qalıqları kimi baxırlar (A. A. Grossheym); bəziləri isə vaxtı ilə cənub-qərbi Zaqafqaziyanın çay dərələrində geniŞ yayılmıŞ təbii çinarlıqların qalığı hesab edirlər (L. Y. Prilipko, Y. S. Səfərov).

Bəsitçay Dövlət Təbiət Qoruğu Ermənistanın Sav və Hənd kəndləri ilə sərhəddə yerləŞir. Burada olan Şərq çinarlarının bəzilərinin yaŞı 1200-1500 ilə çatır, onların gövdələrinin diametri 4 m, hündürlüyü 54 m-dən yuxarıdır. Avropada analoqu olmayan bu nəhəng ağaclar ermənilər tərəfındən qəddarlıqla məhv edilir. Əldə edilən məlumata görə, Bəsitçay qoruğu yerləŞən Rəzdərə kəndində mebel materialı hazırlayan sex açıb iŞlədirlər və ətrafda olan çinar, palıd, qoz ağaclarını tamamilə qırıb məhv edirlər. Erməninin dediyinə görə, sex fasiləsiz olaraq iŞləyir. Qırılan ağacların izini itirmək üçün kökünə partlayıcı maddə qoyub dağıdır, sonra isə yandırır və yerini də əkirlər.

1996-cı ildə “DaŞbaŞı” və “LeŞkar” meŞələrində ermənilər yanğın törədiblər. Həmin ilin payızında “LeŞkar” meŞə sahəsində isə yararlı ağacları tam qırıb aparıblar. “LeŞkar” meŞə sahəsində 1957-58-ci illərdə 55 ha ərazidə qoz meŞəsi salınmıŞdır, orada olan 40-50 illik qoz ağacları da ermənilər tərəfındən qırılıb aparılır.

1996-1997-ci illərdə Тор və ġükürataz meŞə sahəsində 3 ədəd T-130 markalı traktorla meŞələrə yol çəkirmiŞlər. Bu zaman həmin meŞə sahələrində olan 350-400 il yaŞlı palıd ağacları da ermənilər tərəfindən qırılıb aparılıb.

Ermənistan Respublikası ərazisində yerləŞən Qacaran mis-molibden, Qafan mis filizsaflaŞdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran Şəhərlərinin (o, cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən birbaŞa Azərbaycan ərazisində ġərifan kəndinin qarŞısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “Ölü zonaya” çevirmiŞdir. Çayın yatağının 43 kilometri, su toplayıcı sahəsinin isə 455 kv/km.i Azərbaycan ərazisin. düŞürki, bu hissə daim çirklənməyə məruz qalır. Nəticədə çay suyunda əzəldən formalaŞmıŞ mikroflora – fauna da məhv olmuŞ, öz-özünü təmizləmə prosesi dayanmıŞdır.

ĠŞğal olunmuŞ ərazilərimizin iqtisadi coğrafiyasını tədqiq edən erməni alimi, professor A. Aftandilyan qədim Zəngilan ərazisini yaxın illərədək sıradan çıxmaq ehtimalı böyük olan “Böyük ölü zona” adlandırıb.


Kateqoriyalar